Neftin qiyməti artıq ikinci həftəni artımla başa çatdırır, Azərbaycan nefti 1,47% ucuzlaşıb

10:15 - 23.08.2019


23 avqust, Fineko/abc.az. Azərbaycanın Azeri Light markalı nefti $0,94 (1,47%) ucuzlaşaraq bir barelə $63,12 təşkil edib.

Cümə günü ticarət zamanı neftin etalon markalarının qiyməti, demək olar ki, dəyişmir və artıq ikinci həftəni artımla başa vurmağa hazırlaşır. Həftənin əvvəlindən Brent və WTI markaları təxminən 1% bahalaşıb.

Avqustun 22-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,38 (0,63%) ucuzlaşaraq bir barelə $59,92 təşkil etmişdir. Çərşənbə günü “Brent”in  qiyməti saat 9:20-də  $0,06 (0,1%) artaraq $59,98 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 22-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,33 (0,59%) enərək $55,35 təşkil etmişdir.  WTI markalı neftin qiyməti çərşənbə günü saat 9:20-də dəyişməyib və $55,35 / barelə təşkil etmişdir.

 

Other news