Azərbaycanın xarici dövlət borcu 8 mlrd. 920 mln. dollar təşkil edir

15:16 - 23.08.2019


23 avqust, Fineko/abc.az. Maliyyə Nazirliyinin məlumatına əsasən, 2019-cu ilim iyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon dollar (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 %-dir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).

Qeyd olunur ki, borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Məlumatda bildirilir ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

 

Other news