Neftin qiymətləri artımdan sonra azalır

10:28 - 29.08.2019


29 avqust, Fineko/abc.az. ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarının azaldılması barədə məlumatları fonunda əvvəlki sessiyanın yekunları üzrə kəskin sıçrayışdan sonra cümə axşamı neftin qiyməti aşağı düşür.

Avqustun 28-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,98 (1,65%) bahalaşaraq $60,49 təşkil etmişdir. Cümə axşamı günü “Brent”in  qiyməti saat 9:45-də  $0,37 (0,61%) enərək $60,12 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 28-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,85 (1,55%) artraq $55,78 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə axşamı günü saat 9:45-də 0,21 (0,38%) enərək $55,57/ barelə təşkil etmişdir.

 

Other news