Sığorta ödənişlərinin 71.1%-i könüllü sığorta növləri hesabına formalaşıb

14:28 - 29.08.2019


29 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında könüllü sığorta bazarı üzrə haqlar 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib.

İcbari sığorta bazarı üzrə haqlar 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub.

Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarındakı son vəziyyət barədə açıqladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, 2019-cu ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.5%-i könüllü, 32.5%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

Palatanın yaydığı məlumatda bildirilir ki, vergi sahəsində aparılmış islahatlar nəticəsində həyat yaşam sığortası üzrə sığorta haqlarının azalmasına baxmayaraq, qeyri-həyat sığortası üzrə həm könüllü (2%  və ya 2.4 mln. manat), həm də icbari sığorta növlərində (8% və ya 8 mln. manat)  artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortası növündə tibbi sığorta üzrə 16%-lik (9.6 mln. manat) artım olub ki, bu da əsasən korporativ müştərilər tərəfindən tibbi sığorta məhsuluna tələbin artması ilə əlaqədardır.

 

 

Other news