“Bloomberg” terminalında dollar manat qarşılığında ucuzlaşdı

12:36 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Bu gün  birja bazarında dollar ucuzlaşdı.

“Bloomberg” terminalında  banklararası ticarətdə dollar  0,09% düşərək 1.6984 manata bərabər olub.

Qeyd edək ki, ötən gün dollar sonuncu dəfə birjada 1.6999 manatla ticarət edilib və bu gün hərrac  1.6994 məzənnəsi ilə başlamışdı.

Hazırda Mərkəzi Bankın təqdim etdiyi rəsmi məzənnə  isə 1.7000 manat təşkil edir.

 

Other news