Bu il Azexport.az portalının ixrac sifarişləri 10% artıb

16:44 - 30.08.2019


30 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında Azexport.az portalına 346,6  milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 %  artıb.

Qeyd olunur ki, 2019-cu ilin iyul ayında isə ixrac sifarişlərinin dəyəri 43,5  milyon dollar təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 %-lik artım qeydə alınıb. 2019-cu  ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya(12,1%), Türkiyə (6,4%), ABŞ (6%), Hindistan (5,7%),  və  İngiltərə (4,8%) qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon dollar təşkil edib.

 

Other news