Qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərin reytinqi açıqlanıb

11:17 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. Cari ilin yeddi ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Bu barədə iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayında dərc olunub.

Daha sonra bu siyahıda "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC,  "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, Dövlət Material Ehtiyatlari Agentliyi şirkətlər təmsil olunurlar.

Other news