Avqust ayında Azərbaycanda pul bazası 3,9% azalıb

15:47 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. 30 avqust 2019-cu il tarixində Azərbaycanın pul bazası 10157,6 mln. manat təşkil edib.

30 dekabr 2018-ci il tarixində Azərbaycanda pul bazası 9 545,7 mln manat təşkil edib. Beləliklə, 8 ay ərzində pul bazası 611,9 mln manat (6,4%) artıb.

31 iyul 2019-cu il tarixində Azərbaycanda pul bazası 10574,3 manat təşkil edib. Beləliklə, avqust ayında pul bazası 416,7 mln (3,9%) azalıb.

2018-ci ildə Azərbaycanda pul bazasının artımı 1002,5 mln. manat (11,73%) təşkil edib.

 

Other news