Gələn il fermerlərə subsidiyalar yeni qaydada veriləcək

16:24 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. 2020-ci ildən Azərbaycanda fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək.

Fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə məlumat verdikdən sonra, subsidiyanı almaq üçün plastik kart veriləcək. Karta köçürülən məbləğin yalnız 25%-ni nağdlaşdırmaq mümkün olacaq.

Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Qeyd edilir ki, fermerlərə plastik kartlar "Kapital Bank" ASC vasitəsilə veriləcək və prosesə bu ilin sonuna qədər başlanılacaq.

 

Other news