AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

16:49 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 4 sentyabr  tarixində AMB 50101976S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

17 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595 609 200.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi

200 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 02.10.2019.

 

Other news