330x110
 

Kənd Təsərrüfatı Nazirliyi tender elan edir

06.09.2019,15:48


6 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tətqiat İnstitutu baramaçılığın inkişafı üçün ipəkqurdunun yem bazasını möhkəmləndirilməsi məqsədi ilə tut bağının salınması üzrə tender keçirir. Tender 1 Lot üzrə keçirilir və iştirak haqqı 500 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 25.09.2019 10:56 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 03.10.2019 15:00 tarixinə qədər https://www.etender.gov.az/ portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 04.10.2019 15:00 tarixində açılacaqdır.

Bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.