Expressbank müştərilərinə cashback qazandırmaqda davam edir

17:47 - 6.09.2019


6 sentyabr, Fineko/abc.az. Expressbank-ın xüsusi layihələrindən olan Expressclub müştərilərini sevindirməyi davam edir. Bu günə qədər 450000 AZN-dən çox cashback qazandıran Expressclub ətrafına topladığı tərəfdaşlar şəbəkəsini günbəgün artırır.

Belə ki, Expressbank-ın plastik kart sahibləri 1000-ə yaxın satış nöqtələrində alış-veriş zamanı xərclədikləri vəsaitin 30%-dək hissəni geri alırlar. Bu məbləği həm nağdlaşdırmaq, həm də yenidən nağdsız alış-verişdə istifadə edərək növbəti xərcləri də gəlirə çevirmək mümkündür.

Expressclub layihəsinin mobil əlavəsi müştərilərin işini bir az daha rahatlaşdırır. Bankın tərəfdaşlıq etdiyi mağazalar şəbəkəsinin ünvanları, keçirdiyi aksiya, kampaniya və endirimlər mobil əlavədə öz əksini tapıb. Həmçinin mobil əlavə vasitəsi ilə müştərilər son 90 gün ərzində nə qədər cashback qazandıqlarını da görə bilirlər.

Bütün bu imkanlardan yararlanmaq üçün sadəcə Expressbank-dan plastik kart sahibi olmaq kifayətdir. Plastik kart sifarişi üçün  şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya www.expressbank.az saytı vasitəsi ilə onlayn sifariş edə bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.


Other news