Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat güzəştli kredit verilib

16:39 - 11.09.2019


11 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 11-də Binəqədi rayonunda keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib.

Nazirlikdən verilən məlumata görə, forumda çıxış edən nazir müavini Sahib Məmmədov qeyd edib ki, indiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2731 investisiya layihəsinin maliyyələşdirilməsinə 686,6 milyon manat güzəştli kredit verilib.

Məlumat verilib ki, ölkə üzrə bu ilin ötən dövründə investisiya dəyəri 400,4 milyon manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Qeyd olunub ki, bu ilin ötən dövründə verilmiş kreditlərin 96,3 %-i kiçik və orta həcmli kreditlər olmaqla, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

 

Other news