İlham Əliyev “Xətai” stansiyasının açılış mərasimində iştirak edib

12:18 - 12.09.2019


12 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Xətai” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

"Bakı Metropoliteni" QSC 27 sentyabr 2018-ci il tarixindən etibarən təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar "Xətai" stansiyasını bağlayıb.

Təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş köhnə eskalatorlar əvəz edilmişdir. Bundan başqa, stansiyada köhnəlmiş avadanlıq dəyişdirilib və vestibülün təmiri həyata keçirilib.

 


Other news