Mərkəzi Bank uçot dərəcəsi haqda qərar qəbul edib

15:38 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib.

Abc.az Mərkəzi Banka istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə 1.75%-lik diapazonda müəyyən edilib.

Mərkəzi bankın yaydığı məlumata görə, faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaqdır. Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər,qlobalartım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvatistifadəedəcəkdir. Faiz dəhlizinə dair növbətiqərarlarfaktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xaricirisklərin reallaşmasının inflyasiyaya təsirindən  asılı olaraq veriləcəkdir.

 

Other news