Sentyabrın 16-da keçiriləcək depozit hərracında AMB 150 milyon manat cəlb etməyi planlaşdırır

15:44 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

“AMB sentyabrın 16-da keçiriləcək depozit hərracında 150 milyon manat məbləğində vəsaitin 14 gün müddətinə cəlb edilməsini planlaşdırır”, - AMB-in məlumatında belə deyilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi sentyabrın 9-da keçirilən hərracda  6,26% -7,99% müəyyən edilmişdir.

Xəbər verildiyi kimi, AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.

 

 

Other news