Səkkiz ayda CQBK boru kəməri vasitəsilə 6 mlrd. kubmetrdən çox qaz ixrac edilib

15:49 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 17 milyard 862,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 18,8 % artım müşahidə olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd olunur ki, 8 ayda qaz nəqlinin 36,9 %-i Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 6 milyard 587,3 milyon kubmetr təbii qaz ixrac edilib.

 

Other news