Şahin Mustafayev: Bu il Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb

12:14 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Sentyabrın 16-da Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirlib.

Forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdırıb.

“2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28% artaraq 3,4 mlrd. dollar təşkil edib, artım tendensiyasının davam etdiyi 2019-cu ilin ilk 7 ayında bu göstərici ötən ilin eyni dövrünə nisbətən 33% artaraq 2,3 mlrd. dollara çatıb.”-deyə nazir bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda  3040 Türkiyə kapitallı şirkət fəaliyyət göstərir ki, bu göstərici üzrə Türkiyə birinci yerdədir. Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 mlrd. dollar olan 300-ə yaxın layihədə podratçı qismində iştirak etməklə, bu sahədə də liderlik edirlər.

 

Other news