“Azərkosmos” Afrika şirkəti ilə müqavilə imzalayıb

16:54 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Sentyabrın 12-16-da Amsterdamda keçirilən “IBC 2019” beynəlxalq sərgi-konfransı çərçivəsində “Azərkosmos” ASC Afrika regionunda peyk üzərindən internet həlləri təklif edən “Intersat” şirkəti ilə müqavilə imzalayıb.

Xəbər veirilir ki, müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-2” peyki vasitəsilə bütün Afrika qitəsində etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər Data xidmətləri təqdim edəcək. Bununla da “Azerspace-2” peyki Afrikanın ucqar bölgələrində rəqəmsal informasiyaya çıxışla bağlı problemin aradan qaldırılmasına öz töhvəsini verəcək.

Hazırda Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir. Afrika “Azərkosmos”un biznesinin əsas coğrafiyasıdır və şirkət bu regionun aparıcı telekommunikasiya şirkətləri ilə əməkdaşlıqlar qurur.

 

Other news