Azərbaycan Dəmir Yolları tender elan edir

11:12 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Azərbaycan Dəmir Yolları  QSC Xudat-Şahdağ (təqribən 57.0 km) dəmir yolu xəttinin tikintisi üçün yeni trassanın seçilməsi, seçilmiş trassa üzrə müfəssəl layihənin və əlaqədar sənədlərin hazırlanması, enerji təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması üzrə tender elan edir. Tender 1 Lot üzrə keçirilir və iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 23.10.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31.10.2019 18:00 qədər təqdim etməlidirlər. İddiaçıların təkliflərinin açılışı 01.11.2019 15:00 tarixində  aparılacaq.

Əlaqələndirici şəxs : Elxan Orucov

Telefon : (994 12) 499-40-79

Ünavan: Bakı, Dilarə Əliyeva küç. 230

 

Other news