Şahin Mustafayev: Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılması nəzərdə tutulur

11:50 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az.  İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 20-də jurnalistlərə müsahibəsində bildirib ki, cari ilin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək: “Bu gün Çinin CAMCE şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında imzalanan anlaşma memorandumu işlərin daha da sürətlənməsinə imkan verəcək”.

 

Other news