Dövlət Neft Fondu tenderdə qalib gələn audit şirkətini elan etdi

11:14 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirmişdi.

ABC.AZ xəbər verir ki, müsabiqənin qalibi PwC Audit Azərbaycan şirkəti müəyyən edilib və ARDNF haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilmişdir.

Other news