Beynəlxalq təşkilat Azərbaycan barədə hesabat Açıqladı

11:19 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2019-cu il üçün Asiyanın İnkişafına Nəzər Hesabatı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, hesabatda qeyd olunub ki, iqtisadiyyatın kreditləşdirilməsində artımın, minimal əmək haqqının və pensiyaların yüksəldilməsi nəticəsində fiziki şəxslərin gəlirlərinə müsbət təsirin göstərilməsi fonunda ev təsərrüfatlarının istehlakı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.4% artıb. Dövlət istehlakı əsas hissəsi sosial proqramlara yönəldilməklə dövlət xərclərinin 15% artması fonunda yüksəlib. İrimiqyaslı Cənub Qaz Dəhlizi layihəsi sona çatdıqdan sonra investisiyalar azalıb. Qaz ixracatında xalis ixracatın həcminin artmasına səbəb olmuş 20.3% artımı, habelə daxili tələbatdakı artımı nəzərə alaraq, 2019-cu ildə iqtisadi artım üzrə verilmiş proqnoz yüksəldilir, lakin 2020-ci il üçün proqnoz endirilir, çünki həmin ildə qaz hasilatının daha sabit artım tempi ilə qərarlaşacağı ehtimal olunur.

 

Müəllif: Elmir Murad

Other news