Azərbaycanda qida məhsulları ilə bağlı Proqnoz

11:37 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. İdxal olunan mallar üzrə inflyasiya valyuta məzənnəsinin davamlı əsasda sabitliyinin qorunması fonunda azaldıqdan, 2019-cu ilin birinci yarısında inflyasiya dərəcəsi əvvəlki ilin müvafiq dövründəki 3.0%-dən 2.5%-dək enib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat 2019-cu il üçün Asiyanın İnkişafına Nəzər Hesabatında açıqlanıb.

Hesabata əsasən, qiymətlərin artımında qida məhsulları üzrə qiymətlər 2.7%, digər mallar üzrə 1.3%, xidmətlər üzrə isə 3.2% yüksəlib. İnflyasiya tempinin ilin birinci yarısında zəifləməsini nəzərə alaraq mərkəzi bank faiz dərəcəsini 2019-cu ilin fevral ayındakı 9.75%-dən həmin ilin iyul ayında 8.25%- dək çatdıraraq tədricən azaldıb. Qida məhsullarına qlobal qiymətlərin proqnozlaşdırılmış enməsinin ehtimal olunan təsiri nəticəsində 2019-cu ildə əmək haqlarının və tələbatın artması ilə kompensasiya olunacaqdır ki, beləliklə də bu Arayışda 2019-cu il üçün inflyasiya dərəcəsi ilə bağlı proqnoz göstəriciləri də aşağı salınır. Baxmayaraq ki, 2020-ci ildə qida məhsullarının qiymətlərinin əvvəlki səviyyələrə qayıdacağı gözlənilir, 2020-ci ildə inflyasiya tempinin sürətləndirilməsi ilə də bağlı proqnoz göstəriciləri endirilir, çünki məcmu tələbatın artım tempinin zəifləşəcəyi gözlənilir.

 

Müəllif: Elmir Murad

Other news