Şərqi Asiyada iqtisadi artım 2020-ci ildə 5.4% olacaq

12:20 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az.  “İqtisadiyyatı irimiqyaslı olan ölkələrin qarşısında gözlədiyimizdən də daha sərt çətinliklərin çıxa bilməsi fonunda, Çin (ÇXR) ilə ABŞ arasındakı ticarət münaqişəsi 2020-ci ildə də davam edə bilər”. 

ABC.AZ xəbər verir ki, bu barədə “Asiya Regionunda İnkişaf Perspektivləri (AİP) haqqında 2019-cu il tarixli Hesabat”-da qeyd olunub. 
Hesabata əsasən, Asiya regionu üçün əsas problemlər ticarətin zəifləməsi və investisiyaların azalmasıdır. Sözügedən hesabatda vurğulanır ki, inkişaf edən Asiyanın alt-regionları arasında iqtisadi artım perspektivləri bir-birindən fərqlənir. Elektronika tsiklində kəskin azalma fonunda qlobal ticarətin inkişaf sürətinin zəifləməsi nəticəsində ÇXR, habelə Şərqi və Cənub-Şərqi Asiyanın daha açıq ölkələri üzrə proqnoz göstəriciləri aşağı endirilib. 2019-cu il tarixli AİP Hesabatında ÇXR iqtisadiyyatının cari ildə 6.2 faiz, gələn ildə isə 6.0% genişlənəcəyi proqnozlaşdırılır. Bütövlüklə Şərqi Asiyada iqtisadi artımın 2019-cu ildə 5.5%, 2020-ci ildə isə 5.4%, Cənub-Şərqi Asiyada isə müvafiq olaraq 4.5% və 4.7% təşkil edəcəyi gözlənilir. 

 

Müəllif: Elmir Murad

 

Other news