Hans Peter Lankes: Azərbaycan ən çox islahat həyata keçirən ölkələrdəndir

14:32 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az.  Sevindiricidir ki, Azərbaycan iqtisadiyyatını şaxələndirmək siyasətinə keçib. Biz çox şadıq ki, iqtisadiyyat tərəfindən əldə etdiyimiz nəticələr var. Düzdür bunu demək hələ tezdir, amma ilkin rüşeymləri görsənir. 

ABC.AZ xəbər verir ki, bunu İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin rəsmisi Hans Peter Lankes İFC (Beynəlxalq Maliyyə Korparasiyası) Azərbaycan və Orta Asiya Maliyyə İmfrastrulturu Layihəsinin bitməsinə həsr edilmiş tədbirdə deyib.

O qeyd edib ki, təsadüfi deyil ki, Dünya Bankının keçən ilki hesabatında ölkələr arasında ən çox islahatı həyata keçirənin Azərbaycan olduğu məlum oldu:"Azərbaycan nə az, nə çox düz 8 iqtisadi islahat həyata keçirib. Əslində bu kiçik və orta sahibkarlığının dayanıqlılığına hesablanmış addımdır. Bildiyiniz kimi Beynəlxalq Maliyyə Korparasiyası Azərbaycanla əməkdaşlıq edir və biz bura 500 milyon dollar hıcmində maliyyə yardımı göstərmişik". 

 

 

Müəllif: Elmir Murad

Other news