Son 8 ayda ölkədə ÜDM-də 2,4 % artım qeydə alınıb - Nazir müavini

14:10 - 27.09.2019


 27 sentyabr, Fineko/abc.az. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, Azərbaycan hazırda kosmik xidmətlər göstərən ölkəyə çevrilib. Bu gün ölkəmiz informasiya texnologiyaları sahəsində xidmətlər ixrac edir.

O, bu fikirləri sentyabrın 27-də Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin maliyyə dəstəyi ilə keçirilən “Ağıllı körpü” layihəsinin yekunlarına dair tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, ölkəyə 260 milyard manatdan çox investisiya cəlb edilib ki, bunun da 50 %-i xarici investisiyaların payına düşür. Son 8 ayda ölkədə ÜDM-də 2,4 % artım qeydə alınıb.

Other news