Səkkiz ayda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 277 milyon dollar təşkil edib

16:45 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında ölkənin ixracı 13,5 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon dollar və ya 5 % artıb.

ABC.AZ xəbər veirirki bu barədə “İxrac İcmalı”nın sentyabr sayında göstərilib.

Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon dollar dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon dollar və ya 17 % artıb. Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4  milyon və İtaliyaya 33,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 

Other news