Cari ildə meyvə-tərəvəz ixracı 361,7 mln.dollar təşkil edib

09:25 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,7 milyon dollar) ikinci və pambıq mahlıcı  (85,1 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

ABC.AZ xəbər veirirki bu barədə “İxrac İcmalı”nın sentyabr sayında göstərilib.   

Qeyd olunur ki, cari ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8 milyon, pambıq lifi ixracı 86,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon,  kimya sənayesi məhsullarının ixracı 68,5 milyon, elektrik enerjisinin ixracı 58,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon, pambıq ipliyi ixracı 20,2 milyon, şəkər ixracı  20,1 milyon  ABŞ dolları təşkil edib.  

Other news