Məcburi Köçkünlərin İnkişaf Fondu tender elan edir

17:50 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. Məcburi  Köçkünlərin İnkişaf Fondu Ağdaş rayonu ərazisində müvəqqəti məskunlaşmış 668 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi üzrə tender keçirir. Tender 1 Lot üzrə keçirilir və iştirak haqqı 150 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 19.09.2019 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 11.10.2019 18:00 tarixinə qədər https://www.etender.gov.az/portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14.10.2019 16:00 tarixində açılacaq.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.

Other news