SOFAZ sentyabrda valyuta hərraclarında 618,9 mln. dollar satıb

10:57 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az.  Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) yerli bazarda xarici valyutanın satışının şəffaflığını qoruyur.

ABC.AZ xəbər verir ki, SOFAZ tərəfindən bu ilin sentyabr ayı ərzində valyuta hərraclarında 618,95 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu isə ötən ilin sentyabr ayına nisbətən 1,6 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında SOFAZ 4 512,85 milyon  ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126,75 milyon  dollar və yaxud 2,7%  azdır.

Other news