4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!

15:53 - 3.10.2019


 

3 oktyabr, Fineko/abc.az. Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən “Nar”, sürətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda “Nar”-ın hər üç abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.

“Nar” 2019-cu ildə şəbəkədə quraşdırılmış 1018 ədəd LTE-A texnologiyalı baza stansiyaları da daxil olmaqla, 2740-dan çox 4G texnologiyalı baza stansiyası və 2722 ədəd 3G baza stansiyası ilə abunəçilərini yüksək sürətli şəbəkə ilə təmin edir. Mobil operator hazırda 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Sərfəli qiymətlərə təklif olunan internet paketlərindən və yüksəksürətli mobil şəbəkədən yararlanmaq üçün siz də “Nar”-a qoşula bilərsiniz. Daha ətraflı məlumatı nar.az nar.az səhifəsindən əldə etmək olar. 

Other news