“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin mükafat fondu elan edildi

11:33 - 14.12.2017


Gənclər arasında “Elektron hökumət” həllərindən istifadənin təşviq edilməsi və “Elektron hökumət” üzrə gənclərin maarifləndirilməsi məqsədilə keçirilən müsabiqənin mükafat fondu elan edilib.

 

Müsabiqə “Elektron Hökumət” portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin “Elektron hökumət” həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

 

“Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs”, eləcə də, “Region gəncləri arasında “Elektron hökumət” həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyaları üzrə qaliblər 6 ay müddəti üçün pulsuz internet xidmətindən istifadə imkanı qazanacaq.

 

“Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs” və “Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – “Elektron Hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyalarının qalibləri isə 500 manat pul mükafatı əldə edəcəklər.

 

Müsabiqə qaliblərinə digər hədiyyələr, sertifikat və rəmzi mükafatlar təqdim olunacaq. Sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcək. İştirak etmək üçün  buradan qeydiyyatdan keçə bilərsiniz. 

 

Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir, qaliblər dekabrın 26-da keçiriləcək “Gənclər üçün Elektron Hökumət” konfransında elan ediləcək. 

 

Daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.

 

Other news