“BTB Kapital İnvestisiya Şirkəti” keçirilən hərrac əməliyyatlarında sonuncudur - RENKİNQ

12:10 - 7.10.2019


7 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Fond Birjası 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə birja sektorunda 7 investisiya şirkəti ümumi əməliyyatlarda iştirak edib.

 Əməliyyatlarda ən çox iştirak edən "İnvest-Az İnvestisiya Şirkəti" QSC olub. 1581 dəfə əməliyyatlara qatılan "AzFinance İnvestisiya    Şirkəti" QSC isə sıralamada ikincidir. “Paşa Kapital İnvestisiya Şirkəti” QSC üçüncü, "PSG Kapital İnvestisiya Şirkəti" QSC dördüncü, əməliyyatlarda 325 dəfə iştirak etmiş "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 5-ci olub. Bəhs olunan dövrdə əməliyyatlarda passivlik iki şirkət göstərib. Bunlar 296 dəfə əməliyyata qatılan "Unicapital İnvestisiya Şirkəti" ASC və nə az, nə çox 135 dəfə iştirakçı olan “BTB Kapital İnvestisiya Şirkəti” ASC şirkətidir.

 

Müəllif: Elmir Murad

Other news