“Azərsu” ASC-nin sədri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

15:47 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Fransa Respublikasının Azərbaycandakı  səfiri  Zakari Qros ilə görüşüb.

Görüşdə su təchizatı və kanalizasiya sektorunda Fransanın böyük təcrübəsinin olduğunu qeyd edən “Azərsu” ASC sədri Fransa hökuməti və şirkətlərinin Azərbaycanda  içməli su və kanalizasiya layihələrində iştirak etdiyini xatırladıb. Qeyd olunub ki, 2006-2009-cu illərdə Fransa hökumətinin krediti hesabına Hövsan Aerasiya Stansiyası yenidən qurulub. SUEZ şirkəti ilə imzalanmış Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə çərçivəsində nəzərdə tutulan tədbirlər və Fransa İqtisadiyyat Nazirliyinin Qrant Proqramı çərçivəsində həyata keçirilən FASEP layihəsi uğurla icra olunub. Hazırda həyata keçirilən layihələrdə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi nəzərə alınaraq bu sahədə fransız şirkətləri ilə təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır.

Səfir Zakari Qros Fransa şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib və yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.

 

Other news