Bu bankın xalis mənfəəti 1,9 dəfə artıb - STATİSTİKA

16:17 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. “Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin yanvar-sentyabr (9 ay) dövrü üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən sözügedən bank bəhs olunan dövrü 3 milyon 8 min manat xalis mənfəətlə başa vurub.

Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Belə ki, ötən ilin eyni dövründə bankın xalis mənfəəti 1 milyon 604 min manat olmuşdu. Xalis mənfəətin artmasının səbəbi kredit və depozit itkiləri üçün ehtiyata ayırmanın azalması ilə izah olunur. Bankın məhsuldarlığını daha düzgün əks etdirən əməliyyat mənfəəti xərclərin artması ilə əlaqədar olaraq azalıb.

Müəllif: Elmir Murad

 

Other news