“Ziraat Bank Azərbaycan”-ın cəmi aktivləri azalıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİ

16:39 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. 30 Sentyabr 2019-cu il tarixinə “Ziraat Bank Azərbaycan”-da müştərilərə verilən kreditlər 130 milyon 593 min manat olub. Bu rəqəm 2018-ci ilin sonunda 105 milyon 488 min manat təşkil etmişdi. Beləliklə də 9 ay ərzində Bankın kredit portfeli 25 milyon 105 min manat və ya 23,8% artıb.

ABC.AZ xəbər verir ki, bu “Ziraat Bank Azərbaycan” ASC-nin 2019-cu ilin yanvar-sentyabr (9 ay) dövrü üçün açıqladığı maliyyə göstəricilərində qeyd olunub.

Hesabata əsasən, 9 ay ərzində bankın cəmi aktivləri cüzi azalaraq  227 milyon 918 min manatdan 227  milyon 811 min manata düşüb. Azalma Mərkəzi Bankda müxbir hesabın və  "Nostro" hesabların (başqa banklardakı müxbir hesabları) düşməsilə əlaqədardır. 30 Sentyabr 2019-cu il tarixində "Ziraat Bank Azərbaycan" 67 milyon 535 min manat məcmu kapitala malik olub.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları "T.C.Ziraat Bankası Anonim Şirkəti" (99.98%), "Ziraat Sigorta Anonim Şirkəti" (0.01%)  və "Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti"dir (0.01%).

Müəllif: Elmir Murad

 

Other news