“SAP CIS” rəsmisi: Şirkətimiz daim yeni texnologiyalar irəli sürür, bunları da biz SOCAR-a təklif edirik

17:08 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az.  Neft-qaz sənayesində müasir texnologiyalarla bağlı beynəlxalq sammiti harada keçirəcəyimiz barədə çox düşünmədik.

Bakını seçməkdə birinci səbəb Azərbaycanı neft istehsalının vətəni kimi tanımağımızdır. Rusiya və MDB dövlətləri arasında məhz Azərbaycanda XIX əsrin ortalarında dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu qazılıb. Müasir texnologiyaların tətbiqi baxımından innovativ lider kimi SOCAR öz təcrübəsi ilə bölüşmək və fikir mübadiləsi aparmaq üçün MDB ölkələrindən olan biznes tərəfdaşlarını buraya cəlb edir. Həmçinin SOCAR Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılmasına dair dövlət kursunu dəstəkləyir.
Bu barədə oktyabrın 10-da Bakıda keçirilən “SAP Energy” forumu çərçivəsində jurnalistlərə müsahibəsində “SAP CIS” şirkətinin baş direktorunun müavini Dmitri Pilipenko deyib.
D.Pilipenko bildirib ki, artıq 10 ildən çoxdur SOCAR və SAP birgə əməkdaşlıq qurub: “SAP” Avropanın ən böyük proqramlaşdırma şirkətlərindən biridir. Bizim şirkət daim yeni texnologiyalar irəli sürür, bunları da biz SOCAR-a təklif edirik. Bu forumun Bakıda keçirilməsində əsas iki məqsədimiz var. İlk öncə “SAP” şirkəti bu sahənin rəqəmsallaşdırılması ilə bağlı fikirlərini bölüşməkdə, həmçinin müxtəlif şirkətlərin öz aralarında intensiv əlaqələrin qurulmasında maraqlıdır. SOCAR-ın dəstəyi ilə forumda “Gazprom”, “Gazprom Neft”, “LUKoil”, “KazMynayGaz”, “Belorusneft” kimi şirkətlərin nümayəndələri iştirak edir. Düşünürəm ki, həmkarların arasında müzakirə etmək və ümumi fikir tapmaq üçün bir çox məsələlər var”, - deyə “SAP CIS”in rəsmisi əlavə edib.
© Azertag.az

Other news