İƏİT ölkələrinin neft ehtiyatları ilin əvvəlindən 200 milyon barelə qədər azaldı

15:42 - 14.12.2017


14 dekabr, Fineko/abc.az. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin neft ehtiyatları ilin əvvəlindən 200 milyon barelə qədər azalıb.

“Bazarın yenidən balanslaşma prosesi var qüvvəsi ilə gedir.  İƏİT-da neftin kommersiya ehtiyatları noyabr ayında düşüb, ilin əvvəlindən isə ehtiyatları  təxminən  200 milyon barel həcmində azalıb”, - bunu OPEC-in baş katibi Mohammed Barkindo Pekində keçirilən  Beynəlxalq Energetika Forumunda çıxış edərkən deyib.

Oktyabr üzrə  İƏİT ölkələrində neft ehtiyatları orta beşillik səviyyəni 140 milyon barel üstələmişdir. Dənizdəki tankerlərdə saxlanılan neftin həcmi, ilin ortasından daha 50 milyon barel azalıb.

 

Other news