Kənd Təsərrüfatı Nazirliyi tender elan edir

16:55 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxs fermerlərin informasiya-məsləhət xidmətlərinə çıxışının asanlaşdırılması məqsədilə innovativ sistemin yaradılmasının satın alınması üzrə açıq tender elan edir. Tenderdə iştirak haqqı 300 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün  sənədləri 1 noyabr 2019-cu il saat 18.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 noyabr 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Nizami küçəsi 92 nömrəli ünvana təqdim etməlidirlər. İddiaçılar açılışın nəticələri ilə 12 noyabr 2019-cu il saat 11.00-dan sonra portal vasitəsilə tanış ola bilərlər.

 

Other news