Üçüncü rübdə Nikoil Bank-ın mənfəəti 2,7 mln. manat təşkil edib

11:27 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Nikoil Bank 2019-cu ilin III rübü üzrə maliyyə nəticələrini açıqladı.

30 sentyabr 2019-cu il tarixinə bankın zərəri 1,6 milyon manat, mənfəət 2,7 milyon manat təşkil etmişdir.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, bu azalma (4,3 milyon manat), 2019-cu il 1 may tarixində qüvvəyə minən “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərə görə ehtiyat yaradılması” qaydalarına edilən dəyişikliklərə uyğun olaraq, 4,8 milyon manat məbləğində əlavə ehtiyatların yaradılması ilə əlaqədardır.

Hesabatda sentyabr rübü üçün müsbət bir göstərici bank müştərilərinin 9 920 nəfər (15.9%), müddətli əmanətləri olan şəxslərin sayı 538 nəfər (16%), debet və kredit kartlarının sayı 6064 (20.6%), kredit hesabı olan müştərilərin sayı 7881 (25%) artmasıdır.

 Həmçinin qeyd olunur ki, Nikoil bank işçilərinin sayı 15,9% , yəni 125 nəfər artıb

Other news