Cari ildə ÜDM 2,5% çox istehsal olunub

14:50 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, cari ilin doqquz ayında ölkədə 58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Qeyd olunur ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 %, neft-qaz sektorunda isə 1,1 % artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9 %, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3%, sənayedə 2,5%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 %, digər xidmət sahələrində 2,2 % artıb, tikintidə isə 5,6 % azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 910,1 manata bərabər olub.

Other news