Bu bankın qeyri-faiz gəlirləri xeyli azalıb – HESABAT

11:14 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Premium Bank” 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) əhatə edən maliyyə hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən “Premium Bank”ın faiz gəlirləri bəhs olunan dövrdə 29 milyon 867 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bankın faiz gəlirləri ötən ilin 9 ayında 26 milyon 879 min manat olmuşdu. Sözügedən bankın qeyri-faiz gəlirləri də açıqlanıb və məlum olub ki, burada rəqəm 9 ayda 16 milyon 255 min manatdan 15 milyon 830 min manata düşüb.

Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında “Premium Bank”ın cəmi xərcləri cüzi azaldığından, faiz gəlirlərinin artması hesabına cəmi gəlirləri isə artdığından bank daha çox əməliyyat mənfəəti əldə edib. “Premium Bank”ın əməliyyat mənfəəti ötən ilin 9 ayında 9 milyon  416 min manat ikən, cari ilin 9 ayında 12 milyon 577 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Other news