SOCAR üçüncü rübdə neft hasilatını 2,8 faiz, qaz hasilatını 11, 4 faiz artırıb

15:51 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. SOCAR 2019-cu ilin üçüncü rübündə 1.956.444 ton neft, 1.800 849 min kubmetr qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırmışdır.

Bu barədə SOCAR-ın üçüncü rüb üzrə hesabatında qeyd olunur.

Bildirilir ki, hesabat dövründə Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuş, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilmişdir. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 37310  metr olmuşdur.

 

Other news