Azərbaycan İsveçrə iqtisadiyyatına 2,7 mlrd. dollar investisiya yatırıb

12:03 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan-İsveçrə biznes forumun keçirilir.

Forumda çıxış edən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev  bu günədək İsveçrə Azərbaycan iqtisadiyyatına 861 milyon dollar məbləğində investisiya yatırdığını bildirib.

Y.Abdullayev qeyd edib ki, bu investisiyaların 794 milyon dolları qeyri-neft sektoruna, 66 milyon dolları neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə İsveçrə iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyulub ki, bunun da 1,9 milyard dolları neft sektorunun, 760 milyon dolları qeyri-neft sektorunun payına düşür.

 

Other news