330x110
 

“ALCOPOINT” mağazalar şəbəkəsi PAŞA Bank Miles&Smiles-in tərəfdaşı oldu

31.10.2019,13:50


31 oktyabr, Fineko/abc.az. İnkişaf edən “ALCOPOİNT” mağazalar şəbəkəsi PAŞA Bank Miles&Smiles-in tərəfdaşı oldu.

Miles&Smiles PAŞA Bank Turkish Airlines ilə eksklüziv tərəfdaşlıqda yaradılan unikal məhsuldur.  PAŞA Bankın Miles & Smiles kartı yalnız PAŞA Bankın müştəriləri üçün deyil, bütün əhali üçün nəzərdə tutulmuşdur. 

Birgə ko-brendinq məhsulu müştərilərə milləri yığmağa və onları Turkish Airlines aviaşirkətinin köməyi ilə 308 istiqamətdə uçuşlar üçün biletlərə mübadilə etməyə imkan verir. 
Bu kart sahibləri “ALCOPOİNT” şəbəkəsində alış-veriş edərək ekstramilləri yığacaqlar. Miles & Smiles Master Card Black və Miles & Smiles Master Card Elite kartı ilə ödəniş zamanı xərclənən hər bir manat üçün bir mil bonus hesablanacaq.