“Unibank”ın depozit portfeli böyüyüb - Hesabat

16:50 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. “Unibank”ın depozit portfeli böyüyüb.

ABC.AZ xəbər verir ki, bu barədə “Unibank” KB ASC-nin açıqladığı 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrində qeyd olunub.

Hesabata əsasən, təkcə onlayn formada ayrılan kreditlərin sayı son 1 il ərzində 100-ü keçib. Yaxın aylar ərzində Unibank real sektorun kreditləşməsinin xeyli  hissəsini onlayn formada həyata keçirməyi planlaşdırır.

“Unibank”ın depozit portfeli də 9 ay ərzində böyüyüb. 30 sentyabr 2019-cu il tarixinə müddətli əmanətlər üzrə depozit portfelinin artımı 17%-i ötüb. Həmin tarixə depozit portfelinin həcmi 340 milyon manata çatıb.

Sözügedən bank ölkədə nağdsız ödənişlərin tətbiqində ən aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin əvvəlindən 30 sentyabr tarixinədək təkcə debet kartların sayında 21%  artım qeydə alınıb.

 

Other news