“Smart tələbə kartı” təqdim edildi - Azərbaycanda daha bir yenilik

17:23 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. Azərbaycanda ilk “Smart tələbə kartı”nın təqdimolunma mərasimi keçirilib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, smart tələbə kartları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birinci kursunda təhsil alan 20 nəfər Prezident Təqaüdçüsünə təqdim olunub.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd edib.

A. Quliyevin sözlərinə görə cəmiyyətin gənc təbəqəsinin ödəniş bazarına daxil olmasına imkan yaratmaqla, ölkədə müasir ödəniş həllərinin tətbiqinin artırılmasına və “nağdsız cəmiyyət”in formalaşdırılmasına doğru daha bir addımın atılmasına nail olmaq mümkündür. “Ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradır” deyə Mərkəzi Bankın rəsmisi bildirib.

Müəllif: Elmir Murad

 

Other news