Azərbaycanın “Unibank” bankının istiqrazları dekabrın 18-də BFB-nın listinqinə daxil edilib

14:51 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. “Unibank” bankının istiqrazları bu gündən Bakı Fond Birjasının listinqinə daxil edilib.

“Bakı Fond Birjası” QSC-nin məlumatına görə, “Unibank” 10 milyon dollar həcmində istiqrazların emissiyasını planlaşdırır. 

“AZ2011002022 nömrəli emissiya, hər qiymətli kağızın nominal dəyəri 10 min dollar olmaqla 1 min istiqraza bölünmüşdür. İstiqrazların tədavül müddəti 6 il, illik gəlirlik dərəcəsi isə 6%-dir”, - BFB-nın məlumatında belə deyilir.

“Unibank”  2002-ci ilin oktyabr ayında yaradılmış və Azərbaycanda fəaliyyət göstərən aparıcı bankların onluğuna daxildir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 19,41% və Almaniyanın  İnvestisiya Korporasiyası (DEG) - 24,37% Bankın səhmdarları sırasındadır.

 

Other news