Doqquz ayda Səngəçal terminalı 198 milyon bareldən artıq neft ixrac edib

09:47 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Doqquz ay ərzində terminal 198 milyon bareldən çox neft və kondensat, o cümlədən 178 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 20 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

2019-cu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla 44 milyon standart kubmetr (təqribən 1 milyard 548 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 

Other news